26 C
Baku
29 Sentyabr 2022 / 12:58

Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilib – FOTOREPORTAJ

“Azərbaycan və Ukrayna arasında uzunmüddətli dostluq əlaqələri var. Bu gün gəncəlilər Ukrayna xalqına humanitar yardım göndərib”.

Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gəncənin Ukraynanın bir çox şəhərləri, sənaye müəssisələri, mədəniyyət mərkəzləri ilə geniş əlaqələri var:

“Bu əlaqələr xətti üzrə köməyə ehtiyac barədə istəkləri olub. Biz qədirbilən, dostsevən gəncəlilər bu çağırışa biganə qala bilməzdik. Ona görə bu gün Gəncə adından 35 ton, əsasən ərzaq məhsulları olmaqla Ukraynaya humanitar yardım göndərilib”.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov isə bildirib ki, bu gün Bakıdan Ukrayna xalqına növbəti dəfə humanitar yardım göndərilib. Bakı və Kiyevin qardaşlaşmış şəhərlər olduğunu bildirən şöbə müdiri humanitar yardıma 66 ton çox saxlanıla bilən ərzaq məhsullarının daxil olduğunu vurğulayıb.

Qeyd edək ki, qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərilib.

Ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın ölkəmizdəki səfiri, Bakı və Gəncə şəhərləri icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Hökuməti, həmçinin Bakı və Sumqayıt şəhərləri tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.

“Global Photo Stock”un əməkdaşı humanitar yardım göndərilən təyyarəni lentə alıb.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq – FOTO

Arif Turan

Rusiya FTX Ermənistanda əlavə 5 sərhəd postu yerləşdirib

Arif Turan

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq