3 C
Baku
07 Fevral 2023 / 08:51

Azərbaycanda vergi borcu olanlara ŞAD XƏBƏR – FOTO

“Vergi borcu olanlar da hesab aça biləcəklər”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında bildirib.

O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.

“Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

Bu məhdudiyyətin aradan qaldırılması, bir tərəfdən, vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən, onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır”, – deyə deputat əlavə edib.

Related posts

Səhiyyə Nazirliyinin 10 milyon manatlıq tenderinin qaliblərinin adları açıqlanıb

Arif Turan

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Arif Turan

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq