29 C
Baku
01 İyul 2022 / 17:53

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb

Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Quba rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və Lerik rayonu ərazisində isə torpaq sahəsinin qanunsuz zəbt edilərək həmin ərazidə qanunsuz tikinti işlərin aparılması faktları ilə bağlı araşdırmalar aparılıb.

Araşdırmalarla Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında vətəndaş Qafar Rzayevə ayrılan ərazidə kənar şəxslər tərəfindən qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində 48 min 735 manat ziyan dəyməsi müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bundan başqa, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin vəzifəli şəxsi tərəfindən qulluq mənafeyinə zidd olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması, həmin ərazidə tikinti işlərinin aparılması faktına görə Cinayət Məcəlləsinin 188.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Lerik rayon prokurorluğuna göndərilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Related posts

Bakıda iki qadını avtomobil vurub

Arif Turan

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər saxlanılıb

Arif Turan

Əri narkotikə görə həbsdə idi, özü də narkotiklə tutuldu

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq