11 C
Baku
30 Mart 2023 / 15:40

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Belə ki, qanun layihəsinə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

Related posts

Zəngilanda havalimanı tikiləcək

Arif Turan

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? – RƏSMİ CAVAB

Arif Turan

Ərdoğan: “Rus-türk dialoqunun nəticələri Liviyadan Dağlıq Qarabağa qədər bir çox sahədə görünür”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq