23 C
Baku
28 May 2023 / 22:36

Azərbaycanda nazirliyin əməkdaşlarına atəş açıldı, yaralanan var

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Legitim.az-ın məlumatına görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb.

Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub.

Hazırda araşdırma aparılır.

Related posts

Sumqayıt sakinindən odlu silah götürülüb

Arif Turan

Ötən il korrupsiyaya yol verən 39 nəfər cinayət başında saxlanılıb – RƏSMİ

Arif Turan

Kürdəmirin sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq