27 C
Baku
14 İyun 2021 / 13:22

Azərbaycanda hansı çimərliklər normaya uyğundur? – SİYAHI

Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Legitim.az-a verilən məlumata görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.

İdarənin rəisi Nazim Mahmudov bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

Related posts

Tərtərdə bir nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

Arif Turan

İstanbulda yük təyyarəsi quş sürüsü ilə üzləşərək nasaz vəziyyətdə təcili eniş edib – FOTO

Arif Turan

“Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb” – Lavrov

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq