27 C
Baku
14 İyun 2021 / 13:56

Azərbaycanda doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.
 
Legitim.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, 2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir.
Bununla əlaqədar Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda etdiyi dəyişikliklər aşağıdakılardan ibarətdir:
– Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.
– Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.

Related posts

“METRO AÇILMAYACAQ, TOYLARA İCAZƏ VERİLMƏYƏCƏK…” – Deputat Operativ Qərargahı tənqid etdi

Arif Turan

Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb

Arif Turan

Bakıya bir ayın yağıntısı bir gündə yağıb – “Qarın ən kəskin dövrü geridə qaldı”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq