26 C
Baku
29 Sentyabr 2022 / 13:07

Azərbaycanda balın qiyməti fantastik dərəcədə artıb

Azərbaycanda balın qiyməti fantastik dərəcədə artıb.

Əvvəllər balın bir kiloqramının qiyməti 25-35 manat arasında satılırdısa, indi Bakı bazarlarında balın bir kiloqramı 50-60 manat arasında satılır.

Satıcılar bunun səbəbini işğaldan azad olunan ərazilərdən gətirilən balla əlaqələndiriblər.

“Hazırda Kəlbəcər və Laçın yaylaqlarında bal saxlanılır. Kiçik sahibkarlar bizə həmin balın kiloqramını 50 manata verir. Kəlbəcər və Laçın yaylaqlarından gətirilən balları alıcılar üç kiloqramlıq bankalarla alır. Üç kiloqramlıq bankalarda isə bal 4 kiloqramdan çoxdur. Onun qiyməti isə 225 manatdır. Biz də bunun üstünə bəzən 5-10 manat əlavə edə bilərik. Amma digər rayonlardan gətirilən ballar 30-35 manat arasında satılır”, – deyə satıcılar əlavə edib.

Related posts

YENİ NAZİR ABŞ-da TƏHSİL ALIB… – Rəşad Nəbiyev kimdir? + DOSYE

Arif Turan

Günün məzənnələri

Arif Turan

Səfər Mehdiyev Örl Litzenberqerlə görüşüb – FOTOLAR

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq