29 C
Baku
01 İyul 2022 / 17:18

Azərbaycan və Özbəkistan prezidentləri “Nurullaboy” saray kompleksi ilə tanış olublar – YENİLƏNİB + FOTO

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, saray kompleksi barədə dövlət başçılarına məlumat verilib.

Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan “Nurullaboy” saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilib. Dörd hissədən ibarət saray kompleksinə ümumilikdə 100-dən çox zal və otaq, o cümlədən mərasim və məhkəmə zalları, yaşayış binaları və mədrəsə daxildir. Saray kompleksindəki bütün tikililər uzunluğu 650 metrdən çox olan güclü istehkamla əhatə edilib. Qala divarı üzərində yarımdairəvi qüllələr ucaldılıb. Rusiya imperatoru II Nikolay kompleksin tikintisi başa çatdıqdan sonra saraya iki çilçıraq və kiçik bir elektrik stansiyası bağışlayıb.

“Nurullaboy” sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Bu da həmin dövrdə şəhərsalma sahəsində üstünlük təşkil edən üslubla əlaqədardır. Qızılı və rəngli rəsmlərlə örtülmüş məşhur Xivə oymaları sarayın cəlbediciliyini daha da artırır.

Saray kompleksində daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.

 

11:20

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Related posts

Ağdamda evinə mərmi düşən vətəndaşımız həlak oldu – RƏSMİ

Arif Turan

Tural Abbaslı: “Sən kimsən, get otur statuslarını yaz, sonra da üzr istə”

Arif Turan

Kirayədə qalan deputatların adı məlum oldu

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq