20 C
Baku
22 May 2022 / 17:12

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü oldu

Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Legitim.az Xarici İşlər Nazirliyinin yaydığı məluamta istinadən xəbər verir ki, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıb.

Related posts

Baş Prokurorluq: Ermənilərin Goranboyu raket atəşinə tutması nəticəsində bir nəfər ölüb

Arif Turan

Prezidentin təyin etdiyi 4 səfir kimdir? – Rəis, konsul, müşavir…

Arif Turan

90 minlik Ukrayna ordusu və “Bayraqdar”lar döyüş bölgəsində – Müharibə başlayır?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq