29 C
Baku
01 İyul 2022 / 18:39

Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı – VİDEO

Bir vaxtlar hərbi xidmətdə olan dostlar 35 ildən sonra yenidən görüşüblər.

Oxu.Az-ın məlumatına görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sosial şəbəkə hesabında dostların illər sonra görüşdüyü anın əks olduğunu görüntüləri paylaşıb.

“Bu videoda gördüyünüz Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və Özbəkistanın Xarəzm vilayətindən olan Uluqbek Matniyozovdur. Qardaşlar kimi bir-birlərini qucaqladılar, yaşadıqlarını, xidmət xatirələrini, həyatlarını, işlərini xatırladılar. Çox səmimi, gözyaşardıcı görüş oldu. Bu hadisə bu gün Xivədə, Özbəkistan və Azərbaycan prezidentlərinin şəhərə səfəri zamanı baş verib. Bu görüş özbək və Azərbaycan xalqları arasında dostluğun dərin köklərinə, talelərimizin necə bir-birinə bağlı olduğuna daha bir nümunədir. Sevinirik ki, azərbaycanlı həmkarımın özbək dostu ilə görüşmək arzusunu həyata keçirə bildik və onun ad günündə bu görüşü təşkil edə bildik. Dostluğumuz əbədidir”, – deyə S.Abbasov qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Əhəd Abıyev bahalı avtomobillə qayda pozub? – FOTO

Arif Turan

Azərbaycanda son sutkada 4392 nəfər COVID-19-dan sağalıb, 2284 nəfər yoluxub, 41 nəfər vəfat edib

Arif Turan

Nazirliyin şöbə müdiri işdən çıxarıldı

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq