20 C
Baku
22 May 2022 / 18:44

Azərbaycan Prezidenti: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

“Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib”.

Legitim.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında birgə bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, – Prezident vurğulayıb.

Related posts

Koronavirusa yoluxan Pənah Hüseynin vəziyyəti necədir? – AÇIQLAMA

Arif Turan

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

Arif Turan

Sabiq icra başçısı dövlət əmlakını necə özəlləşdirib?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq