20 C
Baku
22 May 2022 / 17:43

Azərbaycan Ordusunun “Döyüşdə fərqlənməyə görə” medallı hərbçisi faciəvi şəkildə öldü – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.

legitim.az -ın məlumatına görə, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində mayın 12-də qeydə alınıb.

Belə ki, həmin ərazidə “Hyundai” və VAZ markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.

Related posts

Prezident: “Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır”

Arif Turan

Qırmızı Bazar istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib – VİDEO

Arif Turan

Mütəxəssis: “Koronavirusun yeni növü ilə bağlı məlumatları bu qədər həyəcanla tirajlamaq hələ tezdir”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq