4 C
Baku
04 Dekabr 2022 / 12:14

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanın müdafiə naziri ilə görüşdü – FOTO

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib.

Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Related posts

Hərbi qulluqçularımız İranda səfərdədirlər – FOTO

Arif Turan

Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib

Arif Turan

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq