20 C
Baku
22 May 2022 / 17:50

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir.

Legitim.az  xəbər verir ki, “Xəzər Xəbər” “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəblərini araşdırıb.

TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.

Gürcüstandan Azərbaycana yükdaşımaların sayının artmasının Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu qeyd edilir.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.

Məntəqədən bildirilib ki, əgər Gürcüstan tərəfi TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə, Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilər.

Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Məntəqədə daha 80 yük avtomobili “Yaşıl dəhliz” vasitəsilə keçid üçün növbə gözləyir.

Related posts

Nazir polkovnik-leytenantı SƏRƏNCAMA GÖTÜRDÜ

Arif Turan

Yerevanda hökumətin istefası tələbilə aksiya keçirilir

Arif Turan

Bu il cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq