20 C
Baku
22 May 2022 / 18:09

“Azərbaycan bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır”

Xəbər verdiyimiz kimi, bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Legitim.az xəbər verir ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Related posts

Kreml Rusiya zabitinin İtaliyada casusluğa görə saxlanılmasına münasibət bildirib

Arif Turan

Nazarbayevin partiyası parlament seçkilərinin qalibi olub

Arif Turan

Azərbaycan Prezidenti: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq