22 C
Baku
30 Sentyabr 2022 / 09:31

Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik

Azərbaycanda avtomobillərin qeydiyyatı və dövlət qeydiyyat nişanlarının verilməsi elektron qaydada həyata keçiriləcək.

Legititim.Az xəbər verir ki, bu barədə Prezidentin bu gün Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında imzaladığı əsasnamədə əksini tapıb.

Əsasnaməyə görə, aşağıdakı prosedurların həyata keçirilməsi BDYPİ-nin sistemi vasitəsilə həyata keçiriləcək:

– nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi;

– nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi;

– xarici dövlətdə verilmiş və Azərbaycanda istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların sistemə daxil edilməsi;

– nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların sistemə daxil edilməsi;

– mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanlarının verilməsi.

Related posts

“Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir” – DİN rəsmisi

Arif Turan

Bakıda itkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq

Arif Turan

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb – FOTO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq