11 C
Baku
30 Mart 2023 / 14:45

Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”


“Avropa İttifaqı Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir”.

Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.

J.Borrel bildirib ki, Avropa İttifaqının səyləri məsələnin dialoq yolu ilə həllinin tapılmasına yönəlib, Azərbaycan və Ermənistan liderləri də öz növbəsində bu dialoqa sadiq olduqlarını ifadə ediblər.

J.Borrell əlavə edib ki, o, hər iki ölkənin xarici işlər nazirləri ilə daimi təmasdadır.

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi təmasdadır”, – deyə Josep Borrel vurğulayıb.

Mənbə: Europa.eu

Related posts

Diasporla İş üzrə dövlət Komitəsindən Azərbaycan diasporuna MÜRACİƏT

Arif Turan

Prezident İlham Əliyev: “Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılıb”

Arif Turan

Erməni terroru nəticəsində ölənlərin 18-i qadın, 8-i uşaqdır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq