3 C
Baku
07 Fevral 2023 / 08:36

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli oldu – YENİLƏNİB

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələdəki rəqibləri bəlli olub.

Yığmamız turnirin final mərhələsinə çıxmaq üçün Belçika, Avstriya, İsveç və Estoniya seçmələri ilə mübarizə aparmalı olacaq.

Xatırladaq ki, növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində baş tutub.

Püşkatmanın nəticələrini təqdim edirik:

A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr

B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq

C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta

D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya

E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova

F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya

G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva

H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, San Marino,

İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra

J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn

Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

Related posts

Neftçinin Çempionlar Liqasında rəqibləri məlum olub

Arif Turan

Levon Aronyan: ”Yəhudidən daha çox erməniyəm, amma…”

Arif Turan

Azərbaycan millisi FİVB reytinqində 26-cı pillədə qərarlaşıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq