3 C
Baku
07 Fevral 2023 / 08:28

AVRO-2024: Azərbaycan millisinin rəqibləri müəyyənləşir

Bu gün Almaniyanın Frankfurt şəhərində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Legitim.Az xəbər verir ki, “Festhalle” sərgi mərkəzində təşkil olunacaq tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA Millətlər Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, Azərbaycan yığması 4-cü səbətdə yer alıb.
Püşkə əsasən, ölkələr 10 qrupa bölünəcək. 3 qrupda 6, digər 7 qrupda isə 5 komanda mübarizə aparacaq. Millətlər Liqası səbətində olan 4 yığma 5 komandalı qruplarda yer alacaq və 6-cı səbətdəki ölkələr onlara rəqib olmayacaq.
Qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AÇ-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

Related posts

Qurban Qurbanov: “Bizdə xahişlə oyuna çıxmaq olmur”

Arif Turan

Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu

Arif Turan

AFFA “Zirə” ilə bağlı qərarını ləğv edib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq