27 C
Baku
14 İyun 2021 / 13:40

Avqustun 1-dən bu məhsullar gömrük rüsumundan AZAD EDİLDİ – SƏRƏNCAM

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin oyunları ilə əlaqədar 2021-ci il avqustun 1-dək gömrük rüsumundan azad olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 16 may tarixli 698 nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, 2019-cu ildə Azərbaycanda keçirilən Avropa Liqasının final oyunu və bu il təşkil olunacaq AVRO-2020-ninoyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən, həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı 2021-ci il avqustun 1-dək gömrük rüsumundan azad edilib.

Related posts

“S&P” Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib

Arif Turan

Neft bahalaşıb

Arif Turan

Dünya Bankının Azərbaycandakı aktiv layihə portfeli 1 mlrd. dollara yaxındır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq