23 C
Baku
29 Sentyabr 2022 / 11:31

Arvad ərini döydü, kişi bağışladı, məhkəmə fərqli qərar verdi

Məhkəmə ərini döyən qadınla bağlı qərar verib.

Qaynarinfo xəbər verir ki, Qusarda kişi polis şöbəsinə müraciət edərək, həyat yoldaşı Solmaz (ad şərtidir) tərəfindən döyüldüyünü bildirib.

Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin sahə rəisi, polis mayoru tərəfindən Solmaz barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, ərini döymədiyini, əksinə əri tərəfindən döyüldüyünü bildirib. O, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs isə həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib. Zərərçəkmiş ər həyat yoldaşı barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərara gəlib ki, toplanmış sübutlarla Solmazın inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilib və törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunur.

Sentyabrın 20-də hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə 20 gün inzibati həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən, onun cəzası həbs olunduğu gündən – 20 sentyabr tarixindən hesablanacaq.

Related posts

İşəgötürənin işçiyə “ərizəni yaz, çıx” təklifi

Arif Turan

Qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Arif Turan

2 hakim Məhkəmə Hüquq Şurasına üzv qəbul edilib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq