5 C
Baku
07 Fevral 2023 / 09:35

AQTA-ya yeni mətbuat katibi təyin edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

Legitim.az xəbər verir ki, həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib.

Qeyd edək ki, 16 ildən artıq jurnalistika təcrübəsinə malik olan İlkin Kərimov “ANS TV”, “ASAN Radio” və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb.

 

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə telejurnalist Aysel Fərziyeva çalışıb.

Related posts

Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Arif Turan

Vilayət Eyvazovdan Yasamal RPİ-nə TƏYİNAT

Arif Turan

Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb edilib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq