20 C
Baku
22 May 2022 / 17:37

Aqşin Fateh dava düşən restoranından danışdı: “Aya 20-30 min manat qazanırdım” – VİDEO

Meyxanaçı Aqşin Fateh dava düşən retoranından danışıb. 

Legitim.az  xəbər verir ki, “Həmin Zaur” proqramına qonaq olan ifaçı keçmiş şəriki barədə “Çörək verdiyimiz insanlar üzümüzə dayandı” sözlərini deyib.

Daha sonra davadan danışan Fateh ortağının əli çörəyə çatana qədər onun adından istifadə etdiyini bildirib. Aqşin sözügedən restorandan hər ay 20-30 min manat qazandığını da açıqlayıb.

Qeyd edək ki, aprelin 28-də Aqşinin ortaq olduğu restoranda dava düşüb. Buna səbəb hər iki tərəf arasında yaranan problemlər olub.

Belə ki, aprelin əvvəlindən F.Alıyev Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Aprelin 17-də isə Aqşin bir neçə adamla  restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib. Bu zaman tərəflər arasında münaqişə yaranıb.

Ətraflı videoda:

LEGİTİM.AZ
VİDEO

Related posts

Xatirə İslam: “Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur”.

Arif Turan

Bəyazın azərbaycanlı sevgilisi

Arif Turan

Azərbaycanlı xanəndənin dəbdəbəli evindən görüntülər – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq