23 C
Baku
29 May 2023 / 00:21

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər nazirinin şikayəti ilə bağlı qərar verib

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunaraq rədd olunub.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Related posts

Əhmədov 186 milyon ödəyəcək – Londonun ən bahalı məhkəməsi bitdi

Arif Turan

Ərini yatdığı yerdə öldürən “biznes-ledi”nin məhkəməsi davam edir

Arif Turan

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq