24 C
Baku
14 İyun 2021 / 12:15

Ali Məhkəmə ittihamlara cavab verib

Azərbaycan Ali Məhkəməsi Aparatının rəhbəri Elvin Hətəmzadə son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü hüququnun olduğu halda bundan istifadə etməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

E.Hətəmzadə “Report”a bildirib ki, Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir:

“Belə ki, Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə
müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim etmiş və bu layihələr qanunvericilik
orqan tərəfindən qəbul edilib.

Həmçinin qeyd etmək lazımdır ki, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanması
zamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Belə ki, son iki il ərzində dövlət
orqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə Ali
Məhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim
ediib.

Bundan əlavə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və
normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını
təmin etmək məqsədilə qanunvericilikdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini
formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərini təsbit edilir. Bu baxımdan, Ali
Məhkəmənin qəbul etdiyi qərarlar qanunların vahid formada tətbiqində və
qanunvericiliyin inkişafında mühüm rol oynayır”.

Related posts

Prokurorluq vətəndaşın sabiq müstəntiqə rüşvət verməsi iddialarına münasibət bildirib

Arif Turan

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir

Arif Turan

Uşaqları almaq üçün xanımını məhkəməyə verdi

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq