23 C
Baku
29 May 2023 / 00:36

Ağstafada yeniyetməni öldürən 17 yaşlı şəxs saxlanıldı

Ağstafa rayon sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Bku barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumatda bildirilir ki, Ağstafa Rayon Polis Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü Ağstafa rayon sakini Cavanşir Bədirovu öldürməkdə şübhəli bilinən rayon sakini, 2006-cı il təvəllüdlü Yusif Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

Related posts

Korrupsiyaya yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanıb

Arif Turan

Azərbaycanda kriminal avtoritet HƏBS OLUNDU – FOTO

Arif Turan

Bakı metrosunda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq