23 C
Baku
29 Sentyabr 2022 / 12:13

Ağdam sakinindən külli miqdarda narkotik aşkarlanıb – FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Polad Abdullayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda tiryək, eləcə də metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Related posts

DİN: 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib

Arif Turan

Yevlaxda ər arvadını öldürüb, qohumunu yaralayıb

Arif Turan

Azərbaycanda DƏHŞƏT: 60 yaşında kişi 12 yaşlı qızı zorladı – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq