4 C
Baku
04 Dekabr 2022 / 13:20

Acuna 165 minlik təzminat davası

Bir müddət əvvəl “Duman” qrupunun solisti Kaan Tangöz produser Acun Ilıcalının “Acun Media” komandasına dava açıb.

Legitim.az Axsam.az-a istinadən bildirir ki, “O ses Türkiye” və “O ses Türkiye çocuklar” yarışmalarında ifaçıya mxsus 10 kompazisiya icazəsiz istifadə edilib. Buna görə də Kaan “Acun Media”nı məhkəməyə verərək ondan təzminat tələb edib. Bu təzminat əvvəl 10 min lirə (2092 manat) olub. Daha sonra artaraq 165 min lirəyə (34 min 518 manata) yüksəlib.

Ötən gün baş tutan məhkəmədə mübahisəli tərəflərin vəkilləri iştirak edib. Tangözün vəkili açdıqları davada haqlı olduqlarını və müvəkkilinə 165 min lirənin (34 min 518 manatın) ödənilməsini tələb edib. Qarşı tərəfin vəkili isə toplanılan dəlillərin yetərsiz olduğunu bildirib.

Buna görə də hakim məhkəmənin növbəti aylardan birinə təyin edilməsinə qərar verib.

Related posts

Türkiyədə oteldə silahlı insident nəticəsində 5 nəfər yaralanıb

Arif Turan

Cənubi Azərbaycanda “Türk dilinə qadağa” qərarına ETİRAZ BAŞLADI

Arif Turan

Rusiya XİN: Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət əsas müzakirə mövzularından biri olacaq

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq