23 C
Baku
28 May 2023 / 22:45

ABŞ dünyanın ən böyük LNG ixracatçısına çevrilib

ABŞ dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısına çevrilib, lakin daxili imkanlara görə tədarükdə artım məhduddur.

“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyininin Enerji İnformasiya Administrasiyasının (EIA) enerji təhlili üzrə rəhbərinin köməkçisi Ancelina Laros bildirib.

“Biz dünyanın ən böyük LNG ixracatçısıyıq, lakin ölkədə dəqiq olaraq tutum məhdudiyyətləri var”, – Ancelina Laros qeyd edib.

Onun sözlərinə görə, əsas məhdudiyyət yeni ixrac infrastrukturunun qurulmasının sürətidir.

Ancelina Laros onu da əlavə edib ki, enerji daşıyıcılarının “çevik həcmdə” tədarükünün mümkünlüyü və konkret ərazilərdə qazın tədarükü üçün uzunmüddətli müqavilələrin olmaması ixracın artmasında mühüm rol oynayır.

Related posts

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb

Arif Turan

İran hökumətinin Güney Azərbaycan əhalisinə verdiyi “içməli suyun” vəziyyəti – VİDEO

Arif Turan

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu ötüb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq