“Mən bu sənətlə xalqın rəğbətini qazanmışam. Onları sevindirmişəm. Həyatda bundan sevincli heç nə ola bilməz”.
Legitim.az xəbər verir ki, bu sözləri Xalq artisti Roza Cəlilova deyib. Sənət fəaliyyəti ilə bağlı İTV kanalına danışan Cəlilova rəqsə addım ilk atdığı illəri belə xatırlayıb:
“37-ci illərdə ata-analar övladlarını rəqs öyrənməyə qoymurdular. Atam çox savadlı olub. O özü məni xoreoqrafiya məktəbinə gətirib. O zaman orada azərbaycanlı qızlar yox idi. Həmin vaxt orada sevindilər ki, bir Azəri qızı gəlib.
Milli xalq rəqsi öyrənməyə gedirdim. Hər zaman milliyi üstün tuturam. Mənə çox çətinliklə icazə verdilər. Üzeyir Hacibəyovun yatardığı Mahnı və rəqs ansambılına gəldim. Orada bir il rəqs etdikdən sonra məni Almaniyaya göndərdilər”.
94 yaşlı Cəlilova müsahibəsi zamanı “Yaşıma baxmayaraq, mən bu gün də rəqs edirəm” sözlərini də söyləyib.
Roza Cəlilova sonuncu dəfə Xalq artsiti Fərhad Bədəlbəylinin ad günündə oynadığı rəqsi ilə xeyli marağa səbəb olduğunu deyib.