27 C
Baku
07 Avqust 2022 / 22:15

Formula 1 yarışlarının Bakıda keçirilməsi qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün əlavə əhəmiyyətli imkanlar yaradır.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin xaricdə tanıdılması baxımından əhəmiyyətli bir idman tədbiridir.

“Pandemiyada ən çox zərər görmüş sahələrdən biri də turizm sektoru idi. Bu yarışın ölkəmizin turizm sektoruna çox əhəmiyyətli təsirləri olacaq.

Bu uzunmüddətli perspektivə hesablanmış bir investisiya tədbiridir. Həmçinin 44 günlük müharibədən sonra bu bizim həm də siyasi tanıtımımızdır. Nəzərə alsaq ki, Formula 1 yarışı bahalı və elit idman növüdür. Yarışı izləməyə gələnlər ölkədə çoxlu vəsait xərcləyirlər”, – deyə ekspert bildirib.

Ekspert bildirib ki, bu yarış ölkənin mədəniyyətinin, mətbəxinin və təhlükəsizliyinin nümayiş etdirilməsi üçün də unikal imkan yaradır.

“Turizmin inkişaf etməsi özü ilə kənd təsərrüfatı, xidmət, nəqliyyat, qida sektorunun da inkişafına təsir göstərir.

Bu ölkəmizin qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün əlavə əhəmiyyətli imkanlar yaradır.

Formula 1 mövsümü yeni iş yerlərinin açılışı, vergi ödəmələrində artım, kiçik və orta sahibkarların, əsasən də qida, xidmət, nəqliyyat sahəsində çalışanların gəlirinin artması, valyuta daxil olmasının artması deməkdir”, – E. Kərimli bildirib.

Related posts

Azərbaycanda bu il də “Formula 1” yarışı keçirilməyə bilər

Arif Turan

AFFA PSJ-nin və “Nyukasl”ın yetirməsini milliləşdirir

Arif Turan

Hacı Əliyev: “Olimpiya çempionu olsam, general Polad Həşimova həsr edəcəyəm”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq