3 C
Baku
07 Fevral 2023 / 08:39

“320 manat pensiya alan həkim necə yaşasın?” – Deputat etiraz etdi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı dövlət qurumlarında işçilərin ixtisarından söz açıb.

Oxu.Az-ın məlumatına əsasən, deputat qeyd edib ki, dövlət qurumlarındakı bəzi ixtisarlar süni şəkildə baş verir.

“Bir də görürsən ki, fəxri fərman və ya təşəkkürnamə ilə təltif edilən şəxs bir aydan sonra ixtisara düşür. O, yeni rəhbər gəlib deyə ixtisara düşür”, – deyə o əlavə edib.

Məlahət İbrahimqızı 65 yaşı olan müəllimlərin və həkimlərin avtomatik işdən çıxarılmasına da etiraz edib.

“Avropa təcrübəsində həkimləri 70 yaşa qədər işdə saxlayırlar. Bizdə 65 yaşı tamam olanı işdən çıxarırlar. Yaxşı, həkim 65 yaşdan sonra harada işləsin? O, aldığı 320 manat pensiya ilə necə yaşasın? Yaxşı olar ki, pensiyaya çıxan müəllimlər və tibb işçiləri ehtiyac olan bölgələrdə işlə təmin olunsunlar”.

Related posts

Türkiyədə meymunçiçəyinə ilk yoluxma TƏSDİQLƏNDİ

Arif Turan

Maskadan nə vaxt qurtulacağıq?-Tanınmış həkimdən AÇIQLAMA

Arif Turan

Rusiya MN Qarabağdakı son vəziyyətlə bağlı MƏLUMAT YAYDI

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq