27 C
Baku
14 İyun 2021 / 13:32

140 cinayət törədən 13 yaşlı yeniyetmə saxlanıldı – FOTO

Türkiyənin Konya vilayətində 13 yaşlı uşaq 9 günə 3 dəfə oğurluq edib.

Legitim.az yerli KİV-ə istinadla bildirir ki, şəhərin hüquq-mühafizə orqanları son 1 ayda 10 müəssisədən 67 min lirə (təxminən 13 min 700 manat), velosiped, mobil telefonlar, ərzaq məhsulları və avtomobil ehtiyat hissələri oğurlanması ilə bağlı əməliyyatlar keçirib.

Təhlükəsizlik kameralarına baxış zamanı isə oğurluğu törədən şəxsin 13 yaşlı T.T olduğu məlum olub.

Onun, həmçinin, ayrı-ayrı vaxtlarda restoranları da qarət etdiyi bildirilir.

Araşdırma zamanı məlum olub ki, T.T 6 yaşından oğurluğa başlayıb. O vaxtdan bəri azyaşlının 140 cinayəti polis tərəfindən qeydiyyata alınıb.

Ancaq bu cinayətlərlə məhkəməyə çıxarılan 13 yaşlı T.T sərbəst buraxılıb. (lent.az)

Azyaşlının oğurluq görüntüsü

Related posts

DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək

Arif Turan

“Eurovision-2021” məhdud səviyyədə keçiriləcək

Arif Turan

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həlak olub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq