3 C
Baku
07 Fevral 2023 / 09:06

12 yaşlı uşağa hərbi komissarlıqdan çağırış göndərildi: Rusiyada… – FOTO

Rusiyanın Krasnoyarsk diyarının Kansk şəhərində 12 yaşlı oğlana hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib.

Sənədin fotosu “Vkontakte” sosial şəbəkəsində dərc olunub.

Sənədin mətnində qeyd olunur ki, ünvan sahibi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq “ilkin hərbi qeydiyyatdan” keçməlidir.

“Vəziyyət belədir, uşağın 12 yaşı var, Kansk hərbi komissarlığından çağırış gəlib… Yaddaşım məni yanıltmırsa, bu 16-17 yaşdan sonra baş verməlidir… Sual olunur: niyə uşaqdan hərbi komissarlığa gəlmək və hərbi qeydiyyata dayanmaq tələb olunur? Yoxsa nəsə dəyişibmi? ” – paylaşımın müəllifi soruşur.

Şərhlərdə İrinessa Sibirskaya adlı istifadəçi dostunun beş yaşlı oğullarına da çağırış vərəqəsi gəldiyini yazıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, Rusiyanın kişi vətəndaşları 17 yaşı tamam olan il yanvarın 1-dən martın 31-dək hərbi qeydiyyata alınmalıdırlar.

Related posts

Milyonçu Bağdasarov metroda qatarın altına düşüb öldü

Arif Turan

Ukraynada silahlı qarşıdurmada daha bir azərbaycanlı öldü

Arif Turan

İspan deputat Azərbaycan sərhədlərini pozdu – Qarabağa gəldi

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq