29 C
Baku
01 İyul 2022 / 17:25

“Ərzaq böhranı qaçılmazdır və artıq qapıdadır” – İlham Əliyev

“Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr yüksək qiymətlərə görə çox xoşbəxtdir, bu, yanlış dəyərləndirmədir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, istehsalçı ölkələr stabil enerji bazarının, istehsalçılarla istehlakçılar arasında balansın tərəfdarıdır: “Mən əminəm ki, gündəliyin əsas məsələlərindən biri aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədəki rolu olacaq. Çünki bu qaçılmazdır və bu artıq qapıdadır. Həmçinin beynəlxalq təşkilatlar və aparıcı ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrasiyanın potensial artması ilə məşğul olmalıdırlar. Biz bura istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərliyə səbəb olan enerji bazarlarındakı təxmin edilməyən vəziyyəti də əlavə edə bilərik.

Related posts

Azərbaycanda kölgə iqtisadiyyatı minimuma endiriləcək

Arif Turan

Neft bahalaşır

Arif Turan

“Azərişıq”: Kəskin hava şəraitinə baxmayaraq əməkdaşlarımız iş başındadır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq