23 C
Baku
28 May 2023 / 23:35

Ərdoğan: “Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Cümhur İttifaqı qalib gəlib”

“Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hazırkı nəticələrlə belə Cümhur İttifaqının qalibiyyəti ilə nəticələnib”.

“Legitim”in Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.

O, hazırda parlamentdə çoxluğun Cümhur İttifaqına aid olduğunu vurğulayıb: “Xalqımızın prezident seçkilərində də seçiminin güvən və sabitlik olacağına şübhəmiz yoxdur. Seçki nəticələrinin ölkəmizə və millətimizə xeyir gətirməsini diləyirəm”.

“Biz heç vaxt terrorçularla qol-qola girmədik. Diyarbəkirdə kürd qardaşlarımızın şəhid olmasının səbəbkarları ilə eyni yolla getmədik. Biz əmri ancaq Allahdan və xalqımızdan alırıq. Seçki nəticələrinin hələ də tam bilinməməsi belə rəqiblərimizdən yüksək səs çoxluğu ilə irəlidə olduğumuz gerçəyini dəyişmir. İndiyə qədər nə dediksə, bundan sonra da onu deyəcəyik. Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq. Birlikdə Türkiyə olacağıq! Bu anlayışla birlikdə qarşıdakı 5 ildə xalqımıza xidmət etməyə davam edəcəyimizə inanırıq”, – Ərdoğan vurğulayıb.

Related posts

ABŞ Milli Təhlükəsizlik Şurasının daha 4 əməkdaşı istefa verib

Arif Turan

“Bu gün mühüm siyasi sənəd qəbul olunacaq”

Arif Turan

Prezident Laçının mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxdı – Video

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq