12 C
Baku
12 May 2021 / 06:48

Əməkdar artist Baloğlan Əşrafov Masallıda dəfn ediləcək

Xəbər verdiyimiz ki, ötən gün Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.

“Report”un məlumatına görə, mərhumun ailə üzvləri, sənət dostları onun evinin qarşısına toplanıb.

Baloğlan Əşrəfov Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.

Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən “Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı”nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində – Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.

2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.

Related posts

Azərbaycanın “Avroviziya” təmsilçisinin ifa edəcəyi mahnı müəyyənləşib – VİDEO

Arif Turan

Müğənni Şəfanın qardaşı da dünyasını dəyişdi

Arif Turan

Məhşur müğənni 1 milyon təzminat ödəyəcək

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq