11 C
Baku
30 Mart 2023 / 14:43

Əmək qanunvericiliyini pozan şirkət cərimələndi

Qazaxda şirkət cərimələnib.

Qazax rayon Prokurorluğundan Legitim.az-a verilən məlumata görə, “MƏNNUR TİKİNTİ” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması – zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəlləri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “MƏNNUR TİKİNTİ” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Related posts

Avtobuslarda gediş haqqı artırılacaq? – AÇIQLAMA

Arif Turan

MTN-in qalmaqallı polkovniki vəfat etdi – FOTO

Arif Turan

İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın son durumu

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq