4 C
Baku
04 Dekabr 2022 / 13:39

ƏDV ilə bağlı əhaliyə şad xəbər

ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.
Legitim.Az xəbər verir ki, bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O qeyd edib ki, qanun layihəsində ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qaydalar müəyyən edilib.
S.Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirmişdi ki, gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur.
O vurğulayıb ki, burada məqsəd nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği

Related posts

AMB sədri: “Dünyada yaşanan iqtisadi böhranların böyük əksəriyyəti ehtiyatsız borclanmadan doğub”

Arif Turan

Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu BP-dən SOCAR-a ötürülüb

Arif Turan

Komitə sədri: “Büdcə gəlirlərinin qeyri-neft sektoru və əlavə gəlirlər hesabına artması yenilikdir”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq